Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir.
Filmdə hadisələr "Bad City"-də baş verir.
İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.